Bank Of Baku

DSX-nın rəisi Elçin Quliyev Misir Silahlı Qüvvələrinin Baş komandanı ilə görüşüb - FOTOSESSİYA

DSX-nın rəisi Elçin Quliyev Misir Silahlı Qüvvələrinin Baş komandanı ilə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 26 fevral 2015 14:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev 17-20 fevral tarixlərində Misirdə səfərdə olub.

 

DSX-nın mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, səfər zamanı Sərhəd Qoşunlarının komandanı E. Quliyev Misir Silahlı Qüvvələrinin Baş komandanı, müdafiə və hərbi sənaye naziri, general-polkovnik Sidqi Sübhi, daxili işlər naziri Məhəmməd İbrahim, hərbi sənaye üzrə dövlət naziri İbrahim Yunis, Sərhəd Mühafizəsi Qüvvələrinin komandanı general-mayor Əhməd İbrahim ilə görüşlər keçirib.

 

Müzakirələrdə ölkələr arasında münasibətlərin uğurla inkişaf etməsi vurğulanıb. Təhlükəsizlik sahəsində Azərbaycanla Misirin müvafiq qurumları arasında əlaqələrin perspektivləri və inkişafı, o cümlədən hərbi-texniki istiqamətdə əməkdaşlığın yaradılması və genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR