Bank Of Baku

DSX rəisi Lənkəranda cənub rayonlarının sakinlərini qəbul edəcək

DSX rəisi Lənkəranda cənub rayonlarının sakinlərini qəbul edəcək
# 02 fevral 2015 11:49 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev fevralın 12-də Lənkəranda cənub rayonlarının sakinlərinin qəbulunu keçirəcək.

 

Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

 

Lənkəran Sərhəd Dəstəsində keçiriləcək qəbulda Astara, Lerik, Lənkəran və Yardımlı rayon sakinləri iştirak edə bilərlər.

 

Qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları fevral ayının 10-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az  adlı rəsmi saytında yerləşdirə, qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlaya və ya Lənkəran Sərhəd Dəstəsinə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR