Bakı – APA. Erməni silahlı bölmələri bu gecə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.