Bank Of Baku

Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini 30 dəfə atəşə tutub

Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini 30 dəfə atəşə tutub
# 03 noyabr 2014 06:31 (UTC +04:00)

Bakı – APA. Müdafiə Nazirliyi (MN) bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.

 

Erməni silahlı bölmələri Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

 

MN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR