Bank Of Baku

Erməni silahlı bölmələrinin Füzulidə kəndi atəşə tutması nəticəsində ölənlər nənə və nəvədir

Erməni silahlı bölmələrinin Füzulidə kəndi atəşə tutması nəticəsində ölənlər nənə və nəvədir
# 04 iyul 2017 21:40 (UTC +04:00)

Erməni silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində ölənlər nənə və nəvədir.

 

Alxanlı kənd ərazi nümayəndəsi İlham İsrafilov APA-nın Qarabağ müxbirinə bildirib ki,  kəndin axşam saatlarında artilleriya qurğularından və digər ağır silahlarından intensiv atəşə tutulması zamanı mərmilərdən biri kənd sakini Salman Quliyevin evinin həyətinə düşüb.

 

Partlayış nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Onların qohumu, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.  

 

Yaralı xəstəxana çatdırılıb.

 

Azərbaycan Ordusunun cavab atəşi ilə düşmən susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR