Bank Of Baku

Ermənilər atəşkəsi 67 dəfə pozub - VİDEO

Ermənilər atəşkəsi 67 dəfə pozub - <span style="color: red;">VİDEO
# 10 fevral 2015 06:34 (UTC +04:00)

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.


Tərtər rayonunun Çiləbürt, Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Kəngərli, Şıxlar, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.


Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR