Bank Of Baku

Ermənilər Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutublar

Ermənilər Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutublar
# 15 sentyabr 2013 14:24 (UTC +04:00)

Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Tərtər rayonunun Qızıl Oba, Göyarx, Goranboy rayonunun Gülüstan, Ağdam rayonunun Sarıcalı, Bas Qərvənd, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR