Bank Of Baku

Ermənilər Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutublar

Ermənilər Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutublar
# 18 oktyabr 2013 06:40 (UTC +04:00)

Bakı - APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Tovuz rayonunun Koxanəbi kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.

 

Füzuli rayonunun Qaraxanbəyli, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Tərtər rayonunu Çiləbürt, Qızıloba və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR