Bank Of Baku

Ermənilər Azərbaycan Ordusunun mövqelərini iriçaplı pulemyotlardan da istifadə etməklə 68 dəfə atəşə tutublar - VİDEO

Ermənilər Azərbaycan Ordusunun mövqelərini iriçaplı pulemyotlardan da istifadə etməklə 68 dəfə atəşə tutublar - <span style="color: red;">VİDEO
# 03 fevral 2015 06:39 (UTC +04:00)

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikasının İcevan rayonunun Paravakar, Berkaber, Vazaşen və Noyemberyan rayonunun Barekamavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Novruzlu, Şıxlar, Kəngərli, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

 

Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR