Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, BQXK nümayəndələri avqustun 26-da 2012-ci ilin iyul ayından Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər.
BQXK-nın İrəvandakı nümayəndəliyinin başçısı Lorenzo Karaffi bildirib ki, hərbi əsirin saxlanmasından sonra sayca doqquzuncu olan bu başçəkmə zamanı ailəsinin ona göndərdiyi məktub çatdırılıb, o da ailəsinə məktub yazıb: “Bu məlumatlar sırf şəxsi xarakterdə olub. Bundan əlavə, başçəkmə zamanı hərbi əsirin repatriasiya edilmək, yaxud üçüncü ölkəyə köçmək istəyi konfidensial şəraitdə müzakirə edilib”.
BQXK-nın məlumatında deyilir ki, avqustun 30-da Ermənistanın hökumət orqanları azərbaycanlı hərbi əsirin azad edildiyi və digər beynəlxalq təşkilatın himayəsi altında üçüncü ölkəyə yola düşdüyü barədə BQXK-nı məlumatlandırıb.
Məlumatda daha sonra bildirilir ki, bundan əvvəl, 20 avqust tarixində BQXK nümayəndələri 8 avqust 2013-cü il tarixindən Azərbaycanda saxlanılan erməni hərbi əsirə baş çəkiblər. Başçəkmə zamanı, ona ailəsindən məlumatlar çatdırılıb və ailəsinə xəbərlər göndərmək imkanı verilib. Başçəkmə BQXK-nın standart iş prosedurlarına müvafiq olaraq həyata keçirilib. BQXK-nın Bakı Nümayəndəliyinin başçısı, Deniz Duran bildirib ki, BQXK erməni əsgərinin tutulması və saxlanması ilə bağlı bütün məsələlər barədə aidiyyəti olan hökumət orqanları ilə birbaşa və konfidensial dialoqu davam etdirir.
BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı saxlanılan hərbi əsirlərə və internə edilmiş mülki şəxslərə 1992-ci ildən etibarən baş çəkir. Başçəkmələrin məqsədi onların saxlanılma şəraitini monitorinq etmək və beynəlxalq standartlara müvafiq olaraq, onlarla insani rəftar olunduğundan əmin olmaqdır. BQXK, neytral vasitəçi olaraq tərəflərin xahişi, aidiyyəti olanların razılığı və münaqişə tərəfləri ilə koordinasiya şəraitində hərbi əsirlərin və internə edilmiş mülki şəxslərin repatriasiyasına şərait yarada bilər.
Saxlanılan şəxslərin üçüncü ölkəyə köçürülməsi BQXK-nın mandatına daxil deyil.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu 2012-ci ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.
Ermənistanda əsirlikdə olan Azərbaycan hərbçisi Firuz Fərəcov üçüncü ölkəyə göndərilib - VİDEO
Hərbi
Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - VİDEO - YENİLƏNİB
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilib - FOTO - YENİLƏNİB
Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş təşkil olunub - FOTO
Bakıda Zəfər Günündə hərbi orkestrlərin nümunəvi çıxışları keçirilib - FOTO
Xəbər Lenti
Kvrivişvili: Gürcüstan-Azərbaycan-Türkiyə-Bolqarıstan əməkdaşlığı bölgənin energetika sahəsi üçün yeni imkanlar açacaq
Ukrayna kəşfiyyatı: Rusiya ölkənin qida sənayesinə zərbələr endirməyə hazırlaşır
Zelenski: Əbu-Dabidə Ukrayna-ABŞ-Rusiya danışıqları konstruktiv olub
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
Rubio: İrana qarşı iqtisadi təzyiqlər o qədər səmərəli işləyir ki, genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır
Ukrayna və Rusiya Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər
Lavrov: Rusiya Avropanın Ukraynada dərhal atəşkəs tələbləri ilə razılaşmayacaq
Paşinyan Parisdə Makronla görüşüb
Rubio Əbu-Dabidə Rusiya və Ukrayna arasında keçirilən danışıqları çox məhsuldar adlandırıb
Ermənistan İrandan qaz tədarükünün artırılmasını istəyib
Nazir: Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı sayəsində Asiya ilə Avropa arasında əlaqələr daha da möhkəmlənib
Əbu-Dabidə Rusiya-Ukrayna-ABŞ danışıqları başa çatıb- FOTO - YENİLƏNİB
Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox
Gürcüstan 91 əcnəbini deportasiya edib
Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb - YENİLƏNİB
Lavrov: Ermənistandan KTMT-dən çıxmaqla bağlı müraciət daxil olmayıb
SEPAH-ın yeni raket şəhəri təqdim olunub
Uraloğlu: Ermənistanla sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb
Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq
Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır
Fransa kiberhücuma görə İranın səfirini XİN-ə çağırıb - YENİLƏNİB
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
Bolqarıstanda 50-dən çox avtomobilin toqquşması nəticəsində azı 10 nəfər ölüb
İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb
Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın COP29 təcrübəsindən geniş istifadə edib - VİDEO
Moskvada KTMT XİN, MN və TŞ katiblərinin iclası keçirilir: Ermənistan tədbiri "boykot" edib - FOTO
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Papuaşvili: Gürcüstanla Azərbaycan bir sıra Aİ ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır
NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir
Kușner: ABŞ Rusiya ilə Ukrayna arasında fikir ayrılıqlarının aradan qaldırılması yollarını müəyyən edib
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
Zelenski bu gün Danimarkaya səfər edəcək
MDB Baş katibi: Ermənistan təşkilatdan çıxmaq niyyəti barədə rəsmi məlumat verməyib
Pərviz Şahbazov: Azərbaycan yaşıl enerji dəhlizlərinin genişləndirilməsini təklif edir
Tramp-Putin-Si Cinpin görüşü formatına görə baş tutmaya bilər
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
Rubio: Respublikaçıların seçkilərdəki məğlubiyyəti Trampın xarici siyasətinə təsir etməyəcək
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Knessetin deputatları bu gün and içəcəklər – onların 46-sı ilk dəfə parlamentə seçilib
Lavrov: Rusiya ABŞ-la Ukrayna üzrə təhlükəsizlik zəmanətləri dialoqunun davamına ümid edir
BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib
Əraqçi: İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə ABŞ vitse-prezidentinin görüşü planlaşdırılmayıb
Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Əbu-Dabidə Ukrayna-Aİ-ABŞ görüşü başlayıb
Azərbaycanın cari əməliyyatlar hesabı 2031-ci ilə kimi profisitli olacaq