Bank Of Baku

Ermənistanın müdafiə nazirinin müavini BMT və BQXK rəsmiləri ilə Akop İnciqulyanın məsələsini müzakirə edib

Ermənistanın müdafiə nazirinin müavini BMT və BQXK rəsmiləri ilə Akop İnciqulyanın məsələsini müzakirə edib
# 24 avqust 2013 08:19 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Ermənistanın müdafiə nazirinin I müavini David Tonoyan BMT-nin qaçqınların işi üzrə ali komissarının İrəvan ofisinin nümayəndəsi Demtyu Desaleyn və Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndə heyətinin başçısı Lorenso Karafi ilə ayrı-ayrılıqda görüş keçirib.

 

APA-nın Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, görüşlərdə Azərbaycanda əsirlikdə olan Ermənistan hərbçisi Akop İnciqulyanla bağlı məsələlər müzakirə olunub.

 

Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına əsasən, D.Tonoyan Azərbaycan tərəfinin əsirlikdə saxlanılan hərbçiyə münasibətdə beynəlxalq hüquq normalarını pozmasından təəssüfləndiyini bildirib.

 

Nazir müavini həmçinin qeyd edib ki, cinayət tərkibinin olmaması səbəbindən A.İnciqulyana qarşı heç bir cinayət işi qaldırılmayacaq və bununla bağlı BMT-nin qaçqınların işi üzrə ali komissarına müraciət etməyə hazırdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR