Bank Of Baku

Gələn ay Bakıda MDB Sərhəd Qoşunları Komandanlar Şurasının iclası keçiriləcək

Gələn ay Bakıda MDB Sərhəd Qoşunları Komandanlar Şurasının iclası keçiriləcək
# 27 avqust 2013 09:38 (UTC +04:00)

APA-nın MDB İcra Komitəsinin rəsmi saytına istinadən yaydığı məlumata görə, iclasın gündəliyinə 7 məsələ daxil edilib. Bunlar 2014-cü ildə MDB ölkələrinin xarici sərhədlərinin, o cümlədən Mərkəzi Asiya regionu və Xəzər hövzəsində xarici sərhədlərin təhlükəsizliyinin təmin olunmasında sərhəd qurumlarının qarşılıqlı fəaliyyətinin prioritet istiqamətləri, MDB ölkələrinin xarici sərhədlərində böhran vəziyyətlərinin nizamlanması üçün sərhəd qoşunları və digər qurumların imkanlarından istifadə ilə bağlı MDB Dövlət Başçıları Şurasına təkliflər hazırlamaq, Tacikistan-Əfqanıstan sərhədində sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üçün Düşənbəyə təcili yardımın göstərilməsi məsələləridir.

Bundan başqa iştirakçılar 2013-cü ildəki fəaliyyətlərini və Şuranın planlarının yerinə yetirilməsi vəziyyətini dəyərləndirəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR