Bank Of Baku

General-leytenant Rəşad Sadıqov: “DSX Sahil Mühafizəsinin imkanlarının artırılması istiqamətində işlər aparılır”

General-leytenant Rəşad Sadıqov: “DSX Sahil Mühafizəsinin imkanlarının artırılması istiqamətində işlər aparılır”
# 18 fevral 2015 10:59 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi Xəzər dənizinin Azərbaycana aid olan hissəsində enerji ehtiyatlarının, sualtı neft-qaz ixrac boru kəmərlərinin qorunması, beynəlxalq terrorizmlə, qaçaqmalçılıq və brakonyerlik, qeyri-leqal miqrasiya ilə mübarizə sahəsində mühüm nailiyyətlər əldə edib.

 

APA-nın məlumatına görə, bunu DSX Sahil Mühafizəsinin yaranmasının 10-cu ildönümü münasibətilə keçirilən tədbirdə DSX rəisinin birinci müavini, Sərhəd Qoşunlarının baş qərargah rəisi, general-leytenant Rəşad Sadıqov bildirib.

 

Son illər dəniz sərhədlərinin etibarlı mühafizəsi məqsədilə struktur dəyişikliklərinin həyata keçirildiyini deyən R.Sadıqov bildirib ki, bir neçə hərbi hissənin tərkibində olan sərhəd bölmələri Sahil Mühafizəsinin tabeçiliyinə verilib. Bundan əlavə, Lənkəran, Astara, Ələt, Gürgan, Siyəzən və Yalama texniki müşahidə məntəqələri yaradılıb. Xəzər dənizinin vacib hissələrində sərhəd gözətçi gəmilərinin xidməti təşkil olunub.

 

R.Sadıqov qarşıdakı dövrdə Sahil Mühafizəsinin imkanlarının artırılması və Xəzər dənizindəki infrastrukturların təhlükəsizliyinin təmin olunma səviyyəsinin gücləndirilməsi istiqamətində mühüm işlərin aparıldığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR