Bank Of Baku

Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlimə başlayır

Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlimə başlayır
# 04 iyun 2017 06:55 (UTC +04:00)

Bu gün Gürcüstan, Azərbaycan və Türkiyə arasında növbəti birgə hərbi təlimlər başlayır.

 

APA-nın görə, hərbi təlimlər iyunun 14-dək davam edəcək.

 

Gürcüstanda keçirilən “Qafqaz qartalı” adlanan təlimlərdə üç ölkə silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri iştirak edəcək.Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərdə məqsəd maarifləndirmə, bilik və təcrübə mübadiləsi, eləcə də xüsusi əməliyyat qüvvələrinin əməliyyat potensialını artırmaqdır.

 

Qeyd edək ki, bu formatda hərbi təlimlər artıq iki dəfə keçirilib.

 

Sonuncu təlimlərə Türkiyə ev sahibliyi edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR