Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə hərbi sahədə təcrübə mübadiləsi, Gürcüstan, Azərbaycan və Türkiyə üçtərəfli formatında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivləri və regionun strateji nəqliyyat infrastrukturunun qorunması məsələləri müzakirə olunub.