Bank Of Baku

Hərbi Prokurorluqda prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib

Hərbi Prokurorluqda prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib
# 30 sentyabr 2014 10:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu gün Respublika Hərbi Prokurorluğunda 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

 

Qurumun mətbuat xidmətindən APA - ya verilən məlumata görə, mərasimdə çıxış edən hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, dövlət tərəfindən prokurorluq orqanlarına daim hərtərəfli diqqət və qayğı göstərilir, bu qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi, əməkdaşların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür.

 

X. Vəliyev qeyd edib ki, prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət təsisatı səviyyəsinə uyğun təkmilləşdirilməsində “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyətə malikdir. Bu proqramın Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişafın, hərtərəfli müasirləşmə dövrünün əsasını qoyduğunu deyən X. Vəliyev proqramın ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı, əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla, mərkəzləşdirilib informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, habelə yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə nəticələndiyini vurğulayıb.

 

Bildirilib ki, digər hüquq-mühafizə orqanları kimi, hərbi prokurorluğun kollektivi də ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin, Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsi, dövlət müstəqilliyimizin, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində uğurlu nəticələr əldə edib və bundan sonra da bütün mümkün tədbirlər görüləcək.

 

Tədbirdə ölkəmizdə səfərdə olan Türkiyənin hərbi prokuroru, general Ahmet Zeki Limanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. A. Liman tədbirdə çıxış edərək peşə bayramı münasibətilə prokurorluq işçilərini təbrik edib.

 

Prokurorluğa dövlət səviyyəsində göstərilən qayğıya görə minnətdarlığını bildirən X.Vəliyev qeyd edib ki, Respublika Hərbi Prokurorluğu öz işini göstərilən etimad səviyyəsində qurmaq üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlətçiliyimizin maraqlarının müdafiəsi işində öz səylərini əsirgəməyəcək.

 

Sonda X. Vəliyev xidmətdə fərqlənən bir qrup əməkdaşa medallar, qiymətli hədiyyələr və hərbi rütbələr təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR