Bank Of Baku

İki erməni hərbçi təmas xəttinin Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib - APA TV

İki erməni hərbçi təmas xəttinin Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib - <span style="color: red;">APA TV
# 08 avqust 2013 09:11 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu – APA. Avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin iki hərbçisi qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.

 

APA-nın Qarabağ bürosunun məlumatına görə, Azərbaycan hərbçiləri onlardan birini saxlayıb, digəri isə qaçmağa cəhd edərkən neytral zonada minaya düşüb.

 

Onun sağ olub-olmaması barədə dəqiq məlumat yoxdur.

 

Erməni hərbçilərin təmas xəttini hansı məqsədlə keçdikləri də hələlik məlum deyil. Faktla bağlı dəqiqləşmələr aparılır.

 

Hadisəyə rəsmi qurumlardan münasibət öyrənmək hələlik mümkün olmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR