Bank Of Baku

II Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin keçiriləcəyi tarix açıqlanıb

II Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin keçiriləcəyi tarix açıqlanıb
# 14 yanvar 2015 10:19 (UTC +04:00)

Sərginin təşkilat komitəsindən APA-ya verilən məlumata görə, ikinci ADEX sərgisi 27-30 sentyabr 2016-cü il tarixlərində Bakıda keçiriləcək.

 

Artıq sərginin beynəlxalq səviyyədə tanıtımı və yeni iştirakçıların cəlbi istiqamətində iş aparılır. Bu ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində keçiriləcək İDEX-2015 beynəlxalq müdafiə sərgisində ADEX-2016-nın tanıtımı olacaq.

 

Qeyd edək ki, I ADEX sərgisi 2014-cü ilin sentyabr ayında keçirilib. Sərgidə 200-dən artıq yerli və xarici şirkət iştirak edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR