Bakı. Rəşad Süleymanov – APA. İsrailin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən iki şirkəti gələn həftə Bakıda keçiriləcək «Bakutel-2014» sərgisində təmsil olunacaq.
APA-nın sərginin saytına istinadən verdiyi məlumata görə, bunlar «Elbit Systems» və «TSG IT Advanced Systems LTD» (Ness Technologies) müdafiə şirkətləridir.
Hər iki şirkət hərbi və mülki rabitə, İT texnologiyaları sahəsində ixtisaslaşıb.
Qeyd edək ki, həm «Elbit Systems», həm də «TSG IT Advanced Systems LTD» şirkətinin Azərbaycanda təsis etdikləri firmalar mövcuddur. Hər iki şirkət Azərbaycan Silahlı Qüvvələrinin təchizat proqramlarında iştirak edir.
Xatırladaq ki, «Elbit Systems» və «TSG IT Advanced Systems LTD» şirkəti Bakıda sentyabr ayında keçirilmiş ADEX-2014 müdafiə sərgisində təmsil olunublar.