Bank Of Baku

Karen Petrosyanın ailəsi onun ölümü barədə məlumatlandırılıb - VİDEO

Karen Petrosyanın ailəsi onun ölümü barədə məlumatlandırılıb - <span style="color: red;">VİDEO
# 08 avqust 2014 13:41 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, BQXK Azərbaycan hakimiyyət orqanları tərəfindən avqust ayının 7-də beynəlxalq sərhədi keçən Ermənistan vətəndaşının ölməsi haqqında məlumatlandırılıb.

 

Neytral vasitəçi olaraq BQXK Ermənistan hakimiyyət orqanlarını və ölmüş şəxsin ailəsini məlumatlandırıb.

 

Qeyd edək ki, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilib, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilib.

 

Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.
 

Müdafiə Nazirliyinin məlumatına görə, ilkin ehtimala görə K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub. Hazırda Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Gəncə regional bölməsinin ekspertləri ölümün səbəblərini dəqiqləşdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR