Bank Of Baku

MDB müdafiə nazirləri “Həyat ağacı” memarlıq kompozisiyasının bünövrəsini qoyublar

MDB müdafiə nazirləri “Həyat ağacı” memarlıq kompozisiyasının bünövrəsini qoyublar
# 26 may 2017 13:56 (UTC +04:00)

MDB ölkələri müdafiə nazirləri Moskvada “Həyat ağacı” memarlıq kompozisiyasının bünövrəsini qoyublar.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Mərkəzində keçirilən mərasimdə Rusiya müdafiə naziri Sergey Şoyqu, Azərbaycanın müdafiə naziri Zakir Həsənov və digər MDB ölkələrinin müdafiə nazirləri iştirak ediblər.

 

Mərasimdə çıxış edən Sergey Şoyqu “Həyat ağacı” memarlıq kompozisiyasının MDB ölkələri Müdafiə Nazirləri Şurasının yaradılmasının 25 illiyi münasibətilə qoyulduğunu söyləyib: “Gələcəkdə bu abidə müxtəlif vaxtlarda öz ölkəsinin müstəqilliyi və azadlığı uğrunda vuruşanların birliyinin simvoluna çevriləcək”.  

 

Daha sonra nazirlər Beynəlxalq Mərkəzin xiyabanında cəsurluq və uzunömürlülük rəmzi olan dağ şamı ağacı əkiblər.

 

Qeyd edək ki, “Həyat ağacı” memarlıq kompozisiyasının ideya müəllifi Sergey Şoyqudur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR