Bank Of Baku

Moskvada Azərbaycan və İran müdafiə nazirləri arasında ikitərəfli görüş keçirilib - FOTO

Moskvada Azərbaycan və İran müdafiə nazirləri arasında ikitərəfli görüş keçirilib - <span style="color: red;">FOTO
# 23 may 2014 17:32 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, III Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ilin aprel ayında İran İslam Respublikasına etdiyi səfəri məmnuniyyətlə xatırladığını bildirib.

 

O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini söyləyib: "Tərəflər hərbi sahədə əməkdaşlığı inkişaf etdirəcək və möhkəmləndirəcəklər".

 

İranın müdafiə naziri Hüseyn Dehqan isə öz növbəsində ölkəsinin Azərbaycanla əməkdaşlığa hər zaman hazır olduğunu bildirib.

 

Daha sonra nazirlərin görüşü bağlı qapılar arxasında davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR