Bank Of Baku

Moskvada MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası keçirilib

Moskvada MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası keçirilib
# 26 may 2017 13:47 (UTC +04:00)

Moskvada MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda birlik ölkələrinin müdafiə nazirləri 12 məsələyə baxıblar. Onlar arasında beynəlxalq terrorçuluğa qarşı mübarizənin hərbi aspektləri, hərbi biliklərin qarşılıqlı tanınması, silahlı qüvvələrin aviasiya uçuşlarının təminatı sahəsində əməkdaşlıq və digər məsələlər var.


Şura üzvləri 2018-ci il üçün MDB ölkələri silahlı qüvvələrinin birgə tədbirlərini, birləşmiş Hava Hücumundan Müdafiə sistemi döyüş atıcılığı ilə birgə təlimlərin keçirilməsini və digər bir sıra məsələləri müzakirə ediblər.


Qeyd edək ki, MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının 25 illiyinə həsr olunan iclasda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR