Bakı. Rəşad Süleymanov – APA. Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan Koreyanın Müdafiə Təminatı Proqramı Administrasiyasının (DAPA) müdafiə sənayesinin təşviqi üzrə baş direktoru Lee Junq Yonqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
MSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verilib.
Görüşdə Azərbaycanla Koreya arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşdə Koreyanın Azərbaycandakı səfirinin I katibi də iştirak edib.