Azərbaycan MSN-in “Cihaz” İstehsalat Birliyi tərəfindən yaradılmış “Şimşək” döyüş modulunun atış testləri yekunlaşıb.
Bu barədə APA-ya İDEF-2017 sərgisində təmsil olunan MSN-dən məlumat verilib.
MSN mütəxəssislərinin sözlərinə görə, testlər uğurlu alınıb və atışlar dəqiqliklə həyata keçirilib.
“Şimşək” döyüş modulunun yaxın gələcəkdə müxtəlif kalibrli silahlarla təchiz edilmiş versiyaların hazırlanması həyata keçiriləcək. Döyüş modulu BTR-70 və digər bu tip maşınların silahlanması üçün nəzərdə tutulur.