Bakı. Rəşad Süleymanov - APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Avstriyanın Azərbaycandakı Aksel Vexi qəbul edib.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib, ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Avstriya Silahlı Qüvvələrinin Türkiyə və Azərbaycandakı hərbi attaşesi, polkovnik Kurt Radner iştirak edib.