Bank Of Baku

Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığını yoxlayıb

Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığını yoxlayıb
# 18 iyul 2017 16:02 (UTC +04:00)

İyulun 18-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin bazasında fəaliyyət göstərən Təlim-məşq kompleksində olub.

 

MN-dən APA-ya verilən məlumata görə, kompleksdə şəxsi heyətlə döyüş hazırlığı səviyyəsinin daim yüksəldilməsi məqsədilə suüstü gəmi və katerlərdə suya davamlılıq və yanğın əleyhinə mübarizə, eləcə də gəminin döyüş qabiliyyətinin artırılması üzrə təlim-məşqləri keçirilir.

 

Müdafiə naziri şəxsi heyətin real qəza vəziyyətinə uyğunlaşdırılmış şəraitdə nümayiş etdirdiyi praktiki fəaliyyətlərini izləyib.

 

Gözətçi gəmisinə baxış keçirən nazir gəminin təminatı, silahlanmada olan döyüş vasitələrinin hazırlığı ilə maraqlanıb və müvafiq tapşırıqlar verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR