Bank Of Baku

Müdafiə naziri HHQ Təlim Mərkəzində olub

Müdafiə naziri HHQ Təlim Mərkəzində olub
# 07 iyun 2017 15:52 (UTC +04:00)

Müdafiə Nazirliyinin (MN) rəhbərliyi iyunun 7-də Hərbi Hava Qüvvələrinin Təlim Mərkəzlərindən birində olub.

 

MN-dən APA-ya verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov pilot və texniki heyətlə görüşüb, təlim mərkəzindəki mütəxəssislərin hazırlığı ilə maraqlanıb, aerodrom-texniki avadanlıqlar, trenajor və simulyasiya siniflərinə baxış keçirib.

 

Müdafiə naziri təlim-məşq hazırlığının müasir avadanlıqların tətbiqi ilə keçirilməsi və heyətlərin uçuş təcrübəsinin artırılması ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığına tapşırıqlar verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR