Bank Of Baku

Azərbaycanın müdafiə naziri Gürcüstan səfirini qəbul edib

Azərbaycanın müdafiə naziri Gürcüstan səfirini qəbul edib
# 21 noyabr 2014 09:09 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdə Gürcüstan Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Şalva Turaşvili də iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR