Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Nazirlik bəyan edib ki, atəşkəs pozulması zamanı ermənilərin Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu, o cümlədən «unter-zabit» Eldar Məmmədov adlı şəxsi məhv etmələri barədə yaydıqları məlumat dezinformasiya xarakteri daşıyır.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrində unter-zabit rütbəsi mövcud deyil.