APA-nın məlumatına görə, dəyişikliyə əsasən, qərarın ikinci abzasında “Müdafiə Nazirliyi” sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri ilə əvəz edilsin və həmin abzasdan "Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurası," sözləri çıxarılsın;
- səkkizinci abzasda "Müdafiə Nazirliyi" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri ilə əvəz edilsin;
- doqquzuncu abzasa "Müdafiə Nazirliyi" sözlərindən sonra ", Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri əlavə edilsin və həmin abzasdan "Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətlərinin Respublika Şurası" sözləri çıxarılsın.
- ikinci hissənin birinci abzasında "Müdafiə Nazirliyi" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri ilə əvəz edilsin və dördüncü abzasına "məsələsini" sözündən sonra "Müdafiə Nazirliyi ilə birlikdə" sözləri əlavə edilsin.