Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim komissiyasının rəisi Elxan İbrahimov barədə məlumatlara aydınlıq gətirib

Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim komissiyasının rəisi Elxan İbrahimov barədə məlumatlara aydınlıq gətirib
# 21 iyul 2014 12:48 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bəzi elektron KİV-də yayılan məlumatlar qeyri-dəqiq və əsassızdır: «Bildiririk ki, Elxan İbrahimov 2000-ci ildə leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. Ona mayor (2008-ci il) və polkovnik-leytenant (2013-cü il) baş zabit rütbələri də Daxili Qoşunlarda xidmət etdiyi müddətdə daxili işlər nazirinin müvafiq əmrləri ilə verilib. E. İbrahimov 6 dekabr 2013-cü il tarixindən Daxili Qoşunlar Baş İdarəsinin Tibb xidmətinin hərbi həkim komissiyasının sədri vəzifəsindən xidmətini davam etdirmək üçün müdafiə nazirinin sərəncamına göndərilib».

Qeyd edək ki, bəzi saytlarda yer alan məlumatlarda E. İbrahimovun müdafiə nazirinin yaxın qohumu olduğu və onun Müdafiə Nazirliyinə ehtiyatdan çağırılaraq vəzifəyə təyin olunduğu yazılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR