Bank Of Baku

Müdafiə Nazirliyi və Milli Məclis hərbi sənədlərin təkmilləşdirilməsi üçün müzakirə aparır

Müdafiə Nazirliyi və Milli Məclis hərbi sənədlərin təkmilləşdirilməsi üçün müzakirə aparır
# 12 avqust 2014 10:09 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Müdafiə Nazirliyi və Milli Məclis arasında hərbi sənədlərin təkmilləşdirilməsi ilə bağlı müzakirə aparılır. Parlamentdən APA-ya verilən məlumata görə, nazirliyin rəhbər heyəti ilə Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsi arasında aparılan müzakirələrin ilkin mərhələsi başa çatıb və növbəti mərhələsi sentyabr ayında olacaq.

 

Hərbi qanunvericilik sahəsində analizlərin aparılması ilə bağlı keçirilən müzakirələrin nəticəsi olaraq qanunvericilikdə yeniliklər olacaq.  Müzakirələr hərbi qanunvericilikdə hansı yenilik və dəyişikliklərin aparılmasının mümkünlüyü ilə bağlıdır. Nəticə olaraq hərbi qanunvericilik sahəsində ordu quruculuğu, döyüş xidməti və digər məqamlarla bağlı yeniliklər gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR