Bank Of Baku

Nazir: "İsraildən "Dəmir günbəz"in alınmasına dair razılaşma əldə olunub"

Nazir: "İsraildən "Dəmir günbəz"in alınmasına dair razılaşma əldə olunub"
# 17 dekabr 2016 09:43 (UTC +04:00)

Azərbaycan Müdafiə Nazirliyi ilə İsrailin müvafiq qurumu arasında "Dəmir günbəz" Raket Hücumundan Müdafiə Sisteminin alınmasına dair razılaşma əldə olunub.

 

APA-nın məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

 

Nazir Müdafiə Sənayesi Nazirliyinin həmin sistemin alınmasına müsbət rəy verdiyini də qeyd edib.

 

"Dəmir günbəz" Raket Hücumundan Müdafiə taktiki sistemi uçuş məsafəsi 4 km-dən 70 km-dək olan, idarə edilməyən taktiki raketlərdən müdafiə üçün nəzərdə tutulur.

 

Sistem İsrailin "Rafael" şirkəti tərəfindən yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR