Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun səfərində məqsəd mayın 21-də Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində İSAF və post-2014 Qətiyyətli Dəstək üzrə formatlarında keçiriləcək növbəti iclaslarında iştirak etməkdir.