Bank Of Baku

Noyabr ayında 223 ədəd partlamamış hərbi sursat, 3 ədəd tank əleyhinə mina zərərsizləşdirilib

Noyabr ayında 223 ədəd partlamamış hərbi sursat, 3 ədəd tank əleyhinə mina zərərsizləşdirilib
# 06 dekabr 2016 08:38 (UTC +04:00)

2016-cı ilin noyabr ayı ərzində 1 876 649 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 223 ədəd PHS və 3 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 127 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

 

İndiyədək cəmi 391 480 601 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 752 928 -dur.

 

Noyabr ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Beyləqan, Cəbrayıl, Füzuli, Tərtər, Gəncə, Lənkəran, Xocavənd və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

         

2016-cı ilin noyabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR