2017-cı ilin mart ayı ərzində 1 686 047 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 3,437 ədəd PHS, 10 ədəd tank əleyhinə və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 489 nəfərlik əməliyyat heyəti, 131 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 398 670 503 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 760 344-dür.
Mart ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Gəncə, Lənkəran, Tovuz, Qazax, Yevlax və Tərtər rayonlarında və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.
Ötən ay ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.