Bank Of Baku

Ötən ay 499 partlamamış hərbi sursat, 100-dək mina aşkar edilərək zərərsizləşdirilib

Ötən ay 499 partlamamış hərbi sursat, 100-dək mina aşkar edilərək zərərsizləşdirilib
# 12 iyun 2017 10:35 (UTC +04:00)

2017-cı ilin may ayı ərzində 1 633 964 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 499 ədəd PHS, 81 ədəd tank əleyhinə və 16 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

 

Əməliyyatlarda 489 nəfərlik əməliyyat heyəti, 136 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

 

İndiyədək cəmi 402 398 761 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 761 984-dür.

 

May ayı ərzində mina və partlamamış hərbi sursatların tapılması üzrə 102 Xidməti Zəng Mərkəzindən 2 müraciət və FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 6 müraciət daxil olub.

 

May ayı ərzində ANAMA tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam,  Ağstafa, Cəbrayıl, Füzuli, Gəncə, Tərtər, Qəbələ, Mingəçevir, Siyəzən rayonlarında və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

         

May ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR