2017-cı ilin iyun ayı ərzində 1 614 532 m2 (161.45 ha) ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) APA-ya verilən məlumata görə, 418 ədəd PHS, 3 ədəd tank əleyhinə və 2 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 136 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 404 013 293 m2 (40 401.33 Ha) ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 762 407-dür.
İyun ayı ərzində mina və partlamamış hərbi sursatların tapılması üzrə "102 Xidməti" Zəng Mərkəzindən 3 müraciət, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 10 müraciət və Qazax Rayon İcra Hakimiyyətindən 1 müraciət daxil olub.
Ötən ay ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Gəncə, Goranboy, Tərtər, Qazax, Lənkəran rayonlarında, eləcə də Sumqayıt, Bakı şəhəri və Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.
İyun ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.