Bu barədə APA-ya Müdafiə nazirliyindən məlumat verilib.
Ümumilikdə 1992-ci ilin may ayında Azərbaycan Milli Məclisi AASQM-i ratifikasiya etdiyi dövrdən 2014-cü ilin sonunadək Azərbaycan Silahlı Qüvvələrində 109 dəfə inspeksiya keçirilib.
Müqavilənin tələblərinə əsasən hər bir dövlət adi silahların 5 növü üzrə ümumi sayın müəyyən edilmiş miqdara çatdırılması öhdəliklərini öz üzərinə götürüb. Müqaviləyə əsasən döyüş tankları, zirehli döyüş maşınları, çapı 100 mm-dən yuxarı olan artilleriya qurğuları, döyüş təyyarələri, zərbə vertolyotları məhdudlaşdırılır.
Bundan başqa, «Vyana-2011 Sənədi» üzrə 2014-cü ilin sonunadək Azərbaycan Silahlı Qüvvələrində iştirakçı dövlətlər tərəfindən 55 dəfə “Göstərilmiş rayonun” inspeksiyası və 27 dəfə Qiymətləndirmə səfəri keçirilib.