Bakı. Rəşad Süleymanov - APA. Ötən il Səfərbərlik əv Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC tərəfindən Azərbaycan Silahlı Qüvvələri və digər silahlı birləşmələr üçün 6886 nəfər hərbi sürücü hazırlanıb.
Bu barədə APA-ya SHXÇDX-dən məlumat verilib.
Silahlı Qüvvələr və qanunvericiliyə uyğun yaradılmış digər hərbi birləşmələrin sifarişi əsasında hazırlanmış sürücülər çağırışçıların sıralarından seçilib. Bununla yanaşı, ordu üçün 240 nəfər aşpaz mütəxəssis hazırlanıb.
Qeyd edək ki, fevral ayının 2-dən Silahlı Qüvvələr üçün SHXÇDX-nin «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC-i tərəfindən əlavə olaraq rabitəçi və snayper kursları da təşkil olunub.