Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan ordusunun hərbçiləri Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş paradda iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş təntənəli parada hazırlıq və iştirak məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularından ibarət bölmə aprelin 25-də Moskva şəhərinə yola salınıb.