Bank Of Baku

Polkovnik Zaur Abdullayev: “Orta məktəblərdə hərbi hazırlıq siniflərinin təchizatı ilə bağlı layihələrimiz olacaq”

Polkovnik Zaur Abdullayev: “Orta məktəblərdə hərbi hazırlıq siniflərinin təchizatı ilə bağlı layihələrimiz olacaq”
# 10 fevral 2015 12:21 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda orta məktəblərdə hərbi hazırlıq fənlərinin tədrisinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər həyata keçirilir. Bu barədə APA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) rəisinin birinci müavini, polkovnik Zaur Abdullayev məlumat verib.

 

Z. Abdullayev bildirib ki, Təhsil Nazirliyi ilə birgə tədbirlər həyata keçirilir. Eyni zamanda, Silahlı Qüvvələrdən ehtiyata və istefaya çıxmış təcrübəli zabit və gizirlərin bu fənnin tədrisinə cəlb olunması istiqamətində işlər aparılır: "Təbii ki, bu, ordudan qanunları, nizamnamələri pozduğuna görə xaric olunan zabit və gizirlərə aid deyil. Biz eyni zamanda yaxın gələcəkdə hərbi hazırlığı tədris edən müəllimləri toplayaraq onlarla metodiki iş aparmağı da düşünürük".

 

Xidmət nümayəndəsi orta məktəblərdə hərbi hazırlıq siniflərinin təchizatı ilə bağlı layihələrinin olduğunu da qeyd edib: “Bu gün ordumuzun imkanları təkmilləşir. İstifadəyə yeni silah və texnikalar daxil olur. Təbii ki, orduya çağırılan gənclər bu yeni texnologiyalar barədə müəyyən qədər məlumatlı olmalıdırlar". 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR