Bank Of Baku

Qazaxda general Əlağa Şıxlınskinin 150 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Qazaxda general Əlağa Şıxlınskinin 150 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
# 07 fevral 2015 16:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Qazaxda Ə.Şıxlınskinin150 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

 

APA-nın məlumatına görə, Qazax şəhərindəki Olimpiya İdman Kompleksində Müdafiə Nazirliyinin və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan teatrlaşdırılmış kütləvi tamaşa-mərasimdə müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, millət vəkilləri Əhməd Vəliyev, Xanhüseyn Kazımlı, akademik Teymur Bünyadov və başqaları iştirak edib.

 

Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və Müdafiə Nazirinin müavini general-leytenant Kərim Vəliyev çıxış edərək, Ə.Şıxlinskinin keçdiyi döyüş yolundan danışıblar.

 

Tədbirdə Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı müxtəlif musiqi nömrələri təqdim edib, şeir nümunələri və mahnılar səsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR