Qazax rayonunda tank mərmisi aşkar edilib.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, rayonun Quşçu Ayrım kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd partlamamış 125 mm-lik tank mərmisi (OF-26) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Əməliyyat Qazax Rayon İcra Hakimiyyətinin məlumatı əsasında keçirilib.