Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Qəbələdə partlamamış hərbi sursat aşkarlayıb.
ANAMA-dan APA-ya verilən məlumata görə, Qəbələ rayonu ərazisində keçmiş hərbi şəhərciyin zirzəmisində 2 ədəd tank əleyhinə tüstü minası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.