Bank Of Baku

Rusiya Azərbaycanın Mi-35M helikopterləri ilə bağlı sifarişini gələn ilin ortalarınadək tamamlayacaq

Rusiya Azərbaycanın Mi-35M helikopterləri ilə bağlı sifarişini gələn ilin ortalarınadək tamamlayacaq
# 19 iyul 2013 11:49 (UTC +04:00)

Bu günədək 12 helikopter (4-ü 2011, 8-i 2012-ci ildə) istehsal edilərək sınaqdan keçirilib və sifarişçiyə çatdırılıb. Qrafikə uyğun olaraq digər helikopterlərin istehsalı üzrə Rostov-Don zavodunda işlər davam etdirilir.

 

Azərbaycanla Rusiya arasında Mi-35M helikopterlərinin alğı-satqısına dair müqavilə 2010-cu ilin sentyabrında imzalanıb.

 

Qeyd edək ki, Mi-35M helikopterləri hazırda Azərbaycan, Rusiya, Venesuela və Braziliyanın silahlanmasına daxildir. Mi-35M helikopterləri sürəti, manevr imkanları, silah arsenalının genişliyi və s. göstəricilərinə görə sələfi Mi-24 helikopterlərindən fərqlənir. Bu helikopter yerüstü əməliyyatlara atəş dəstəyi ilə yanaşı, evakuasiya, desantın və hərbi yüklərin göyərtədə və xarici asmada daşınmasını da həyata keçirə bilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR