Bank Of Baku

Rusiya Xəzər donanmasına yeni raket gəmisi daxil edib

Rusiya Xəzər donanmasına yeni raket gəmisi daxil edib
# 22 dekabr 2014 08:08 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının tərkibinə daha bir döyüş gəmisi daxil edilib. APA-nın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 19-da 21631 "Buyan-M" layihəli kiçik raket gəmisi suüstü gəmilər briqadasının bazasına qəbul olunubb.

 

"Velikiy Ustyuq" adlı gəmi Xəzər flotiliyasının tərkibində 21631 "Buyan-M" layihəli üçüncü gəmidir. Xəzər dənizi və Volqa çayının kiçik dərinlikləri nəzərə alınaraq Xəzər flotiliyası üçün xüsusi olaraq tikilən bu gəmilər ən çoxu 2 metr suya oturur. Kiçik çökmə və yüksək manevr qabiliyyəti sayəsində Xəzər dənizinin sahilboyu zonasında və çaylarda verilən tapşırıqları yerinə yetirməyi bacarır. Gəmi "Kalibr-NK" universal raket kompleksi ilə silahlandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR