Bank Of Baku

Rusiya Xəzərdəki hərbi donanmasına bu il 4 ədəd çoxfunksiyalı kater daxil edəcək

Rusiya Xəzərdəki hərbi donanmasına bu il 4 ədəd çoxfunksiyalı kater daxil edəcək
# 28 yanvar 2015 09:19 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Rusiya bu il ərzində Xəzər donanmasının tərkibinə 4 ədəd 23370 layihəli çoxfunksiyalı hərbi kater daxil edəcək. APA-nın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxın vaxtlarda katerlərin dövlət sınaqları başlanacaq. Katerlərin cari ilin birinci yarısında istifadəyə qəbulu gözlənilir.

 

Katerlər qurulmuş avadanlıqlardan asılı olaraq dalğıc, axtarış-xilasetmə, yanğın söndürmə və ya ekoloji kater kimi müxtəlif təyinatlar üzrə istifadə oluna bilər. Katerin sürəti 10 mil, üzmə uzaqlığı 200 mildir.

 

Qeyd edək ki, Rusiya HDQ-nin Xəzər flotiliyası üçün Həştərxandakı gəmiqayırma zavodunda ümumilikdə 23370 layihəli dörd kateri tikilib. Birinci çoxfunksiyalı modulyar katerin sınaqları 2014-cü ilin dekabr ayında yekunlaşıb və katerin yaxın vaxtlarda silahlanmaya qəbulu gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR