Bank Of Baku

Rusiyadan alınan döyüş texnikası və sursatların növbəti hissəsi Azərbaycana gətirilib

Rusiyadan alınan döyüş texnikası və sursatların növbəti hissəsi Azərbaycana gətirilib
# 10 iyul 2017 09:22 (UTC +04:00)

Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir.

 

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi Azərbaycana çatdırılıb.

 

Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub.

 

Eşalonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR